Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında Moskvada MDB İqtisadi Şurası çərçivəsində qısa görüş keşirilib.
AzerTimes xəbər verir ki, bu barədə Mqer Qriqoryanın aparatından məlumat verilib.
“Görüş qeyri-rəsmi formada, ayaqüstü keçirilib və bir neçə dəqiqə davam edib. Görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub”, – məlumatda qeyd olunub.