Eyvazov onu Xankəndiyə DYP rəisi təyin etdi

Eyvazov onu Xankəndiyə DYP rəisi təyin etdi

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad olunub.

AzerTimes Apa-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, A.Ələkbərov Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

Teqlər: