Eyvazov ona yeni vəzifə verib, Türkiyəyə göndərdi

Eyvazov ona yeni vəzifə verib, Türkiyəyə göndərdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyininin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb.

Teqlər: