Daxili işlər naziri Vilayət Eyvazov paytaxtda avtomobillərin sıxlığı və yaranan tıxaclarla bağlı göstərişlər verib.
AzerTimes xəbər verir ki, bu barədə nazir Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.