Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən ərazisində yol qəzaları baş verib.
AzerTimes Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə iki ağırtonajı yük avtomobilinin toqquşduğu ərazidə bir neçə saat sonra yenidən digər iki avtobus qəzaya uğrayıb.
İlkin məlumata görə, Bakıdan Gəncə istiqamətində hərəkətdə olan mikroavtobusun sürücüsü qəza törədən yük avtomobillərini yol kənarında görüb və sürəti azaldıb. Bu zaman arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Nəticədə hər iki avtobusda xəsarət alanlar olub.
Yol qəzası zamanı xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.