Xəbər - Samir Əli – Trend:
Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, əyani tədrisə qayıtmaq vacibdir: “Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər. Şərait olan məktəblərdə tədris həftədə 5 gün olacaq. Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.