“Saxalin-1” layihəsinin operatoru olan ABŞ-ın “ExxonMobil”
şirkəti adıçəkilən layihəni tərk edir.
Trend Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə
şirkətin yaydığı bəyanatda deyilir.
“ExxonMobil Yapon, Hindistan və Rusiya şirkətlərindən ibarət
beynəlxalq konsorsium adından “Saxalin-1” layihəsini idarə edir.
Son hadisələrə cavab olaraq, biz əməliyyatların dayandırılması
prosesinə başlayırıq və “Saxalin-1″ layihəsindən çıxmaq üçün
addımlar hazırlayırıq”, – bəyanatda deyilir.