ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır

“ExxonMobil” Sinqapurdakı törəmə şirkətində işçilərinin təxminən 7 faizini ixtisar edir.

Trend “Reuters”ə istinadən xəbər verir ki, şirkət bu tədbirləri koronavirusun törətdiyi vəziyyətlə əlaqələndirir.

Bildirilir ki, ixtisar 2021-ci ilin sonuna qədər 300-ə yaxın vəzifəyə aid ediləcək.

Xatırladaq ki, “ExxonMobil”in Sinqapurda 4000-dən çox əməkdaşı var.

Teqlər: