“Expo 2020 Dubai” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı olub

Xəbər - Fidan Babayeva – Trend:

Bakıda Heydər Əliyev Mərkəzində “Expo 2020 Dubai” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Expo 2020 Dubai” sərgisində Azərbayan pavilyonunun komissar müavini Nərmin Carçalova deyib.

O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək “Expo 2020 Dubai” beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu təqdim ediləcək.


“Sərgi 1 oktyabr 2021 – 3 mart 2022 tarixlərində davam edəcək. Bu gün Heydər Əliyev Mərkəzində “Expo 2020 Dubai” sərgisində Azərbaycan pavilyonu təqdim olundu. Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milandakı ekspoda milli pavilyonun müvəffəqiyyətlə təmsil olunması təcrübəsini nəzərə alsaq, gələcək pavilyonumuzun da ziyarətçilər arasında böyük maraq yaradacağı gözlənilir”.

Teqlər: