Əxlaqsız hacını neçə il cəza gözləyir?

Əxlaqsız hacını neçə il cəza gözləyir?

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində cinayət işi başlanılıb.

AzerTimes xəbər verir ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 150.3.3-cü ( azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə) ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi on dörd yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər edilməsini ehtiva edir.

Bu maddəyə əsasən, cinayəti sübuta yetirilərsə, Hacı Salman on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

xatırladaq ki, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Teqlər: