“Exit-poll”: “Gürcü arzusu” seçkilərdə liderlik edir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, “IPSOS” şirkəti tərəfindən keçirilən “exit-poll”un nəticələrinə əsasən “Gürcü arzusu” partiyası 38,6 faiz səslə seçkilərdə liderlik edir.


İkinci yerdə 33 faiz səslə Vahid Milli Hərəkat Partiyası, üçüncü yerdə isə 7,6 faiz səslə “Gürcüstan naminə” partiyası qərarlaşıb.