Əvvəllər güclü Putin var idi, indi isə… – Podolyak

Əvvəllər güclü Putin var idi, indi isə… – Podolyak

Qərb Priqojinin üsyanı zamanı Putinin göstərdiyi qorxaqlığı nəzərə alaraq onun simasında zəif “şeytanı” qoruyub saxlamağa çalışır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Böhran vəziyyəti yarananda o, bu vəziyyətə dərindən nüfuz etməyə, onu təhlil etməyə və müvafiq olaraq müəyyən məntiqi nəticələr çıxarmağa hazır deyil. Yəni, açıq desək, Putin nəhayət ki, əsl üzünü göstərdi”, – o bildirib.

Podolyak qeyd edib ki, bu, həm daxili, həm də beynəlxalq siyasətdə Putinə xas davranış növüdür:

“Nəhayət, Rusiya elitası da Putinin və onun siyasi ətrafının qorxaqlığını anladı. Daxildə qəribə müzakirələr gedir. Əvvəllər “güclü Putin” var idi – qorxulu idi, çünki o, müharibənin sonu ilə bağlı öz baxışında israr etmək üçün resurslardan istifadə edə bilirdi. İndi başqa versiya deyilir: “Baxın, Putin zəifdir”.

Teqlər: