Nüvə müharibəsinə çevrilə biləcək yeni dünya müharibəsi təhlükəsinin qarşısını almaq üçün Ukraynadakı silahlı münaqişə tez bir zamanda dayandırılmalıdır.
AzerTimes xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Ukrayna savaşı başlayanda Qərb siyasətçiləri yalnız dəbilqə və ədyal göndərməkdən danışırdılar. Daha sonra silah, tank, zenit raketlər, döyüş təyyarələri, hətta Fransa prezidenti quru qoşunları göndərmək fantaziyasına da düşdü”, – deyə Siyarto bildirib.