

Aparıcı Elgiz Əkbər evlilik verilişinin bağlanmasının səbəbini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu haqda öz verilişində danışan Elgiz buna tənqidlərin səbəb olduğunu deyib.
“İctimaiyyətin münasibəti bizim üçün önəmlidir. Bu verilişlər də tamaşaçı üçündür. Əgər hansısa mövzu tamaşaçıda qıcıq yaradırsa, etmirik. Onların qəsdinə durmayacağıq ki! Çox tənqid etdilər. Biz də bu məsələni saxladıq”, – o bildirib.