Xəbər - Fərid Zöhrabov – Trend:
Pirallahı rayonu Dübəndi bağlarında yeni tikilməkdə olan 10
evdən oğurluq edən şəxslər saxlanılıblar
Trend xəbər verir ki,Pirallahı rayonu Dübəndi bağları yaşayış
massivində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq
edilib. Zərərçəkən Pirallahı Rayon Polis Şöbəsinə müraciət edərək
evdən məişət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu
şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 9 sakinin
ərizəsi Polis Şöbəsində qeydə alınıb. Onlar da evlərdən tikinti
materialları, təmir-tikinti alətləri və digər əşyaların
oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə
yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs və ya
şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində
hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Xəyal
Şirinov və Elman Əzizov saxlanılıblar. Onlar izahatında etdikləri
oğurluqları etiraf ediblər.
Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət İşi
başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və
bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin
sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.