Evlərdən oğurluq edən qadın saxlanılıb (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evlərdən birindən
oğurluq edilib. Zərərçəkən Qaradağ Rayon Polis İdarəsinə müraciət
edərək evdən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət
əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə
müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis
İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4000 manata
yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan
araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman
oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Trend-in məlumatına görə, Qaradağ Rayon Polis
İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli
bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb. O,
izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun
Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən
edilib.

Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət İşi
başlanılıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Teqlər: