Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda yaşayan 47 yaşlı elektrik Yusif Çeviker evinin damını Türkiyə və Azərbaycan bayrağı rənglərinə boyayıb.
AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, Çeviker Qarabağ müharibəsindən sonra Azərbaycan bayrağının təsvirini də əlavə edib və bunu 3 aya tamamlayıb.
“Qarabağ savaşından sonra gördüm ki, bunlar bizim millətdir. Mən Qarabağ üçün Azərbaycan bayrağını da hazırladım”, – deyə Y.Çeviker bildirib.