Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə. yanvarın 21-də ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar: “Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik”.