Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri
nəticəsində rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı
ilə məşğul olan daha bir nəfər saxlanlılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, əməliyyat
zamanı qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub. Onun
əlində olan çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram
nakotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar
edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Masazır
qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana
təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı
şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait
yaradıb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat
zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan
paytaxt sakini Sənan Osmanov Xırdalan şəhəri ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 kiloqram marixuana aşkar olunub. Sənan
Osmanov ifadəsində narkotik vasitəni satmaq və şəxsi istifadəsi
üçün əldə etdiyini bildirib.
Sonuncu əməliyyatlar zamanı saxlanılan Dünya Qasımova və Sənan
Osmanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib, istintaq tədbirləri davam etdirilir