Evində keçmiş ərinin meyitini tapdı

Evində keçmiş ərinin meyitini tapdı

Gədəbəy rayonunda kişi meyiti tapılıb.

AzerTimes xəbər verir ki, hadisə martın 29-da rayonun İnəkboğan kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini Nəzakət Fərman qızı İsmayılova əkin sahəsindən yaşadığı evə qayıdarkən onunla eyni evdə yaşamış, mütəmadi spirtli içkilər qəbul etməklə tüfeyli həyat tərzi keçirmiş əri, 1968-ci il təvəllüdlü Fazil İsmayıl oğlu İsmayılovun meyitini aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: