Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, rayonun Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman evin içərisində ocaq yandırıb və yanıq xəsarətləri alıb.
34 yaşlı R. Qarayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.