Evi tərk edən COVID-19 xəstəsi saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Quba rayonu Qaraçay kənd sakini Ü.Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ü.Allahverdiyevanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.

Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Teqlər: