Evi mənfi enerjidən bu üsulla təmizləyin

Evi mənfi enerjidən bu üsulla təmizləyin

Evdə vaxtaşırı olaraq pis hadisələrdən danışmaq, əsəbiləşmək, şikayətlər etmək nəticədə mənfi enerjinin toplanmasına səbəb olur. O cümlədən vaxtaşırı gələn qonaqların da heç də hamısı müsbət enerji gətirmir.

AzerTimes xəbər verir ki, evdə yığılan mənfi enerjinin ailə üzvləri arasında münasibətləri pisləşdirə və ya hətta xəstəliyə səbəb ola biləcəyi haqda düşüncə var. Ona görə də mənfi enerjidən qurtulmaq lazımdır.

Bəzi mistiklərin fikrincə, 1 stəkan təmiz su, 2 çay qaşığı xörək duzu və 1 xörək qaşığı sirkə ilə evi mənfi enerjidən təmizləmək olar.

Otağın bir küncündə yerə su ilə dolu stəkan qoyulur, sonra sirkə, sonda isə duz əlavə edilir. Qarışdırmağa ehtiyac yoxdur, duz özü həll olunmalıdır. Bu, bir gün qalmalıdır.

Duzun suda və sirkədə həll edilməsi mənfi enerjini 24 saat ərzində udacaq.

Bunu həftədə bir dəfə təkrarlamaq olar.

Teqlər: