Əvəz Zeynallının vəkilinin evində axtarış aparıldı

Əvəz Zeynallının vəkilinin evində axtarış aparıldı

Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

AzerTimes xəbər verir ki, prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.

Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.

Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.

Qeyd edək ki, Prokurorluq “Xural” TV-nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun evlərində axtarış aparır.

Yada salaq ki, bu günlərdə Əvəz Zeynallının “Baku Steel Kompany”nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

Elçin Sadıqov həm Rasim Məmmədovun, həm də Əvəz Zeynallının vəkilidir.

Teqlər: