Əvəz Zeynallının şəxsi danışığını yaymaq qanunidirmi?

Əvəz Zeynallının şəxsi danışığını yaymaq qanunidirmi?

Bir qayda olaraq iki tərəfin arasında olan söhbətin qeydə alınıb yayılması yolverilməzdir. Lakin yayılan səsdə ictimai maraq elementi varsa və ictimai əhəmiyyət kəsb edirsə, bunun birtərəfli yayılması qəbulediləndir.

Bu sözləri AzerTimes-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev jurnalist Eynulla Fətullayevin Xural TV-nin rəhbəri Əvəz Zeynallının 20 min rüşvət alması iddiaları ilə bağlı yaydığı səs yazısı haqda danışarkən deyib.

Professor bildirib ki, belə vəziyyətdə səsi yayan və yayılan şəxs mütləq publik fiqur olmalıdır:

“Cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, ictimai fiqur olmayan sadə vətəndaşın səsi heç bir halda yayıla bilməz. Hətta kimliyindən asılı olmayaraq, şəxsi həyatları ilə bağlı səsi də yaymaq qadağandır. Ancaq ortada ictimai maraq kəsb edən məzmun varsa və səsi yayılan da ictimai əhəmiyyətli şəxsdirsə, onda səsin necə yazılması artıq ikinci plana keçir. Bu mənada səsin qanuni, yaxud qanunsuz yazılması araşdırma mövzusudur, ancaq yayılmasında qanunazidd heç nə yoxdur. Bu konstekstdə məsələ şəxsi həyatdan yox, rüşvət iddiasından gedir və hər iki tərəf publik şəxslərdir”.

Teqlər: