Əvəz Zeynallı və vəkilini Binəqədi məhkəməsinə gətirdilər

Əvəz Zeynallı və vəkilini Binəqədi məhkəməsinə gətirdilər

Xural TV-nin rəhbəri Əvəz Zeynallını və vəkiı Elçin Sadıqovu Binəqədi rayon məhkəməsinə gətiriblər.

AzerTimes xəbər verir ki, onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Hər ikisinə təqsirləndirilən şəxs qismində Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Bu barədə vəkil Aqil Layıc bildirib. Onun sözlərinə görə, Zeynallı özünü təqsirli bilmir.

Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Teqlər: