Əvəz Zeynallı və Elçin Sadıqov harada saxlanılır?

Əvəz Zeynallı və Elçin Sadıqov harada saxlanılır?

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır.

AzerTimes xəbər verir ki, bu sözləri Musavat.com-un müxbirinə Əvəz Zeynallının vəkili Aqil Layıc məlumat verib.

O bildirib ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə barələrində 4 ay həbs qətimkan tədbiri seçilən vəkil Elçin Sadıqov və Xural TV-nin rəhbəri Əvəz Zeynallının saxlanması DTX-ya həvalə edilib.

A.Layıc həmçinin Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti yazdığını qeyd edib:

“Şikayət sabah Binəqədi məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”, – o bildirib.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov külli miqdarda rüşvət almaqda ittiham olunur. Onların hazırda həbsdə olan iş adamı “Baku Still Company”şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən 20 min manat aldıqları iddiası və səs yazısı yayılmışdı.

Teqlər: