Şənbə günü, sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməyə başlayıb.
AzerTimes Haqqin.az-a istinadən xəbər verir ki, Ə.Zeynallı həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb.
Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər.
Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmenin “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər.
Əvəz Zeynallının söhbətini diqqətinizə təqdim edirik.