Evdə toy məclisi keçirənlər cərimələnib

Xəbər - Samir Əli – Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.


Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.

Teqlər: