Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan A.Məmmədli saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən tapança aşkarlanıb. Saxlanılan şəxs silahı tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.