Avropa Parlamentinin sədr müavini Eva Kayli səlahiyyətlərindən məhrum olunub.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola qərar qəbul edib.
Qeyd edək ki, Avropa Parlamentinin 14 vitse-prezidentindən biri olan Yunanıstan parlamentinin üzvü Eva Kayli Qətərdən rüşvət almaq ittihamı ilə cəlb olunduğu korrupsiya istintaqı çərçivəsində ötən gün Brüsseldə saxlanılıb.