Hazırda Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan Kirants kəndinin bir qrup sakini ilə qapalı görüş keçirir.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, görüşə yalnız kişilər dəvət olunub.
Qeyd edək ki, delimitasiyadan sonra Kirantsda bəzi obyektlərin və yolların, o cümlədən torpaq sahələrinin Azərbaycan ərazisinə düşdüyü məlum olub. Hazırda Ermənistan hökuməti sakinlərə kompensasiyanı müzakirə edir.