Bu ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilib.
Yarışda Azərbaycanı “Skeletons” (Skeletlər) mahnısı ilə təmsil edəcək Diana Hacıyeva (DiHaj) ilk yarımfinalda 8-ci çıxış edəcək.
Ümumiyyətlə, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümayəndələri mahnılarını təqdim edəcək:
1.İsveç, 2.Gürcüstan, 3.Avstraliya, 4.Albaniya, 5.Belçika, 6.Monteneqro, 7.Finlandiya, 8.AZƏRBAYCAN, 9.Portuqaliya, 10.Yunanıstan, 11.Polşa, 12.Moldova, 13.İslandiya, 14.Çexiya, 15.Kipr, 16.ermənistan, 17.Sloveniya, 18.Latviya.
Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq:
1.Serbiya, 2.Avstriya, 3.Rusiya, 4.Makedoniya, 5.Malta, 6.Rumıniya, 7.Hollandiya, 8.Macarıstan, 9.Danimarka, 10.İrlandiya, 11.San-Marino, 12.Xorvatiya, 13.Norveç, 14.İsveçrə, 15.Belarus, 16.Bolqarıstan, 17.Litva, 18.Estoniya, 19.İsrail.
Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradıcı üzvləri birbaşa finala vəsiqə qazanır.