Dünya üzrə Maykrasoft Vindovs (Microsoft Windows) əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur.
AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.
Belə ki, Vindovs sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.
Hazırda Maykrasoft şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan Vindovs əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur.