ETX-dən Teleqramla bağlı vətəndaşlara xəbərdarlıq – Foto

ETX-dən Teleqramla bağlı vətəndaşlara xəbərdarlıq – Foto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara Teleqram vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, qurum son günlər Teleqram vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlərin göndərildiyini bəyan edib.

“Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan Teleqramda qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəni daxil etmək tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun Teleqram hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun Teleqram istifadəçisi olan əlaqələrinə göndərilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur”, – deyə açıqlamada qqeyd olunub.

Teqlər: