Xəbər - Samir Əli – Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 22 may – Bioloji Müxtəliflik Günü ilə bağlı Şirvan Milli Parkında tədbir keçirir.
Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
O bildirib ki, bununla bağlı nazirlik yerli və xarici turistlərə çağırış edir: ” 22 may tarixi bütün dünyada bilik müxtəliflik günü kimi qeyd edilir. Bununla bağlı BMT- nın Bioloji Müxtəliflik Konvensiyası var. Azərbaycan də həmin konvensiyaya üzvdür. Nazirlik hər ilin bu günü müəyyən devizlərlə tədbir keçirir. Bu gün də “Çözüm özümüzdədir” devizi altında yeni tədbir keçiririk. Bu gün artıq ölkədəki milli park və qoruqlarda bioloji müxtəlifliyin qorunması ilə bağlı tədbirlər və maarifləndirmə işləri keçirilir. Şirvan milli Parkında isə daha böyük və fərqli bir tədbir keçiririk. Burda həm uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub, həm Azərbaycanın qədim sənətlərindən olan toxuculuq sahəsi, xalçalar nümayiş olunur, mövsümi meyvələrin satışı, orqanik məhsulların nümayişi təşkil edilib. Bununla yanaşı, tədbirdə həmçinin biologi müxtəlifliyin qorunması ilə bağlı açıq havada təlimlər keçiriləcək. Tədbirdə həmçinin azyaşlılar üçün intellektual oyunlar da keçiriləcək.
Biz yerli və xarici turistləri Milli Parka dəvət edirik, onları asudə vaxtlarını burada keçirməyə səsləyirik. Hər kəs bu tədbirə qoşula bilər və Azərbaycan təbiəti ilə tanış olmaqla təbiətin qorunmasında birlik nümayiş etdirməyə dəvət edirik”.