ETSN Sumqayıtda tullantıların yandırılmasına münasibət bildirib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Sumqayıtda tullantıların yandırılmasına və bunun nəticəsində şəhəri tüstü bürüməsinə münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, keçən il Sumqayıt məişət tullantıları poliqonunu bu məsələ ilə bağlı dəfələrlə cərimələyiblər:

“Təəssüf ki, hazırda həmin ərazidə bu istiqamətdə kifayət qədər çatışmazlıq mövcuddur. Lakin biz ETSN olaraq, mütəmadi şəkildə həmin əraziyə cavabdeh şəxsləri cərimələmək, məcburi göstəriş vermək məcburiyyətində qalırıq. Orada hazırda yeni məişət poliqonunun tikintisi və istifadəyə verilməsi ilə bağlı işlər aparılır. Biz də arzu edirik ki, tezliklə bu problem birfəfəlik həllini tapsın. Çünki Sumqayıt Azərbaycanın çox mühüm şəhərlərindən biridir. İnanırıq ki, bu istehsalat şəhərində aparılan işlər yaxın vaxtlarda bitəcək”.

Teqlər: