ETSN-in strukturuna daxil olmayan qurumlarla bağlı – Qərar

ETSN-in strukturuna daxil olmayan qurumlarla bağlı – Qərar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daha iki qurum əlavə edilib.

AzerTimes xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Teqlər: