ETSN-in 300 əməkdaşı səfərbər olundu

ETSN-in 300 əməkdaşı səfərbər olundu

Artıq 5-ci gündür ki, yanğın şimal bölgəsini öz ağuşuna alıb. Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğının miqyası böyükdür. Buna səbəb havanın küləkli keçməsidir. Elə gün olurdu küləyin sürəti 18-22 m/san-ə qalxırdı.

AzerTimes xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

“Nazirlik olaraq 70 texnika və 300 əməkdaşımız, eləcə də FHN-in şəxsi heyəti, amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub. Bütövlükdə 4 min hektarı əhatə edir”, – nazir müavini deyib.

Teqlər: