Eto yutuberi təpiklə döydü – Video

Eto yutuberi təpiklə döydü – Video

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto əlcəzairli bir yutuberin sifətinə təpiklə zərbə vurub.

AzerTimes xəbər verir ki, hadisə Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin Braziliya-Cənubi Koreya oyunundan sonra baş verib.

Əfsanəvi futbolçusu stadionu tərk edərkən onu lentə alan əlcəzairli yutuberin üzərinə hücum çəkib.

Ətrafdakılar Etonu sakitləşdirməyə çalışsalar da, əsəblərinə hakim ola bilməyən 41 yaşlı sabiq hücumçu həmin şəxsi təpiklə vurub.

Teqlər: