Eto haqda qərar: ya 3,8 milyon ödəyəcək, ya da…

Eto haqda qərar: ya 3,8 milyon ödəyəcək, ya da…

“Barselona” klubunun sabiq üzvü, kamerunlu Samuel Etoya hökm oxunub.

AzerTimes xəbər verir ki, 41 yaşlı veteran futbolçu Kataloniya təmsilçisinin heyətində çıxış etdiyi dönəmdə (2004-2009) vergidən yayındığı üçün 22 aylıq həbs və 1.8 milyon avro pul cəzası alıb.

Bildirilib ki, afrikalı ulduz həbsə girməmək üçün 3.8 milyon avro təzminat ödəmək niyyətindədir.

Qeyd edək ki, Eto hazırda Kamerun Futbol Federasiyasının prezidentdir.

Teqlər: