İtaliyanın Etna dağı və daha kiçik Stromboli vulkanları püskürüb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Bildirilir ki, vulkanların püskürməsi nəticəsində yaranan isti kül və lava Kataniya hava limanının müvəqqəti bağlanmasına səbəb olub.
İtaliyanın mülki müdafiə agentliyi Stromboli üçün yüksək “qırmızı” həyəcan siqnalı verib və vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib.