Fransanın Hautes-Alpes əyalətinin Savines-le-Lak kəndində etiraz aksiyası keçirən nümayişçilər Prezident Emmanuel Makronun kortejini fitə basıblar.
AzerTimes xəbər verir ki, aksiya iştirakçıları oturaq aksiya keçirib, Makrona qarşı müxtəlif şüarlar səsləndirib və prezidentin korteji keçərkən onu fitə basıblar.
Makronun hansı məqsədlə sözügedən kəndə səfər etdiyi açıqlanmır.
Qeyd edək ki, Fransada uzun müddətdir hökumətin pensiya islahatlarına qarşı geniş etiraz aksiyaları keçirilir.