Etirazçılar İrəvanda mərkəzi meydanı bağlayıblar

İrəvanda etiraz aksiyaları başlayıb.

Trend erməni
KİV-lərinə istinadla xəbər verir ki, müxalifət blokunun parlament
fraksiyasının rəhbəri Artur Vanetsyan və “Müqavimət Hərəkatı”nın
başçılıq etdiyi etirazçılar Fransa meydanını bağlamaq qərarına
gəliblər.

Qeyd olunur ki, nümayişçilər meydana iki istiqamətdən
irəliləyib.