Etirazçılar artıq birbaşa Xameneini hədəf alır

Etirazçılar artıq birbaşa Xameneini hədəf alır

İran polis qüvvələrinin komandanı Əhmədrza Radan son aylarda baş verən nümayişləri fitnə adlandıraraq, şüarların birbaşa Əli Xameneini hədəf aldığını deyib.

AzerTimes xəbər verir ki, o, fevralın 19-da bu barədə danışıb.

O, Xameneini”son səngər” adlandırıb və düşmən qüvvələrinin onu sındırmağa çalışdıqlarını deyib.

Əhmədrza Radan 500-dən çox etirazçının hökumət məmurları tərəfindən öldürülməsinə toxunmayıb və onların xalq tərəfindən cəzalandırıldıqlarını iddia edib.

Qeyd edək ki, öncəki illərdən fərqli olaraq, Xameneinin imicinə ölümcül zərbə dəyib və artıq etirazlarda ona qarşı şüarlar səsləndirilir.

Teqlər: