Dehqolan şəhərində etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilən 22 yaşlı gənc Şadman Əhmədinin həbs olunduqdan bir saat sonra şəhərin polis idarəsində öldürüldüyü xəbəri yayılıb.
AzerTimes xəbər verir ki, Kürdüstan İnsan Haqları Şəbəkəsinin məlumatına görə, Şadman Əhmədi dekabrın 8-də polis bölməsində işgəncələr nəticəsində ölüb.
SEPAH-a yaxın Teleqram kanalı isə öldürülən gənci “iğtişaşçı” adlandırıb və onun son etirazlarda “ictimai əmlakı dağıdıb, təhdid və təxribat yaratdığını” və “bu səbəbdən də həbs edildiyini” iddia edib.
İnsan haqları şəbəkəsinin məlumatında həmçinin, etirazlar başlayandan İran rejiminin hərbi və təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin içərisində ən azı 115 kürd əsilli vətəndaşın olduğu bildirilib.