“Dastanoğlu” fondunun Yusif Səmədoğlu adına təsis etdiyi Qarabağın Zəfər tarixinə həsr olunmuş müsabiqə başa çatıb.
AzerTimes xəbər verir ki, müsabiqədə roman janrı üzrə Etibar Muradxanlının “İlin beşinci fəsli”, povest janrı üzrə Nazilə Gültacın “Şəhid atası”, hekayə janrı üzrə Təvəkkül Boysunarıın “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar” əsəri qalib olub.
Qaliblərin bu gün AYB-də təltifedilmə mərasimi keçirilib.