Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gəlib.
AzerTimes Report-a istinadən xəbər verir ki, o, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Qəhrəmanmaraş şəhərində qaldığı ərazidə olub.
Daha sonra E.Mirzəyev təbii fəlakət zamanı dağıntılar olan zonaya baş çəkib.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.