VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Modern.az-a özü məlumat verib.
O vurğulayıb ki, namizədliyini könüllü olaraq irəli sürməyib.
Qeyd edək ki, Etibar Əliyev 2020-ci ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib. O, VI çğaırış Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.