İsraildə dronların sərbəst uçuşu ilə insanların əşyalarının bir nöqtədən digər nöqtəyə taksi formatında çatdırılmasında böyük uğurlar əldə edilib. Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün qanunvericilikdə dəyişiklik olunması istiqamətində qarşılıqlı əməkdaşlıq edirik.
AzerTimes xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.
“Bununla yanaşı, Kolumbiyanın IV sənaye inqilabı mərkəzi ilə kənd təsərrüfatında dronların tətbiqi, əşyaların internetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində təcrübəni öyrənirik”, – deyə o əlavə edib.